MÜALİCƏ BARƏDƏ MƏLUMATLI OLUN
Əlbəttə ki, diabetin müalicəsi üçün dərman qəbul etməyin vacib olduğunu bilirsiniz. Ancaq bunun nəyə görə vacib olduğunu bilmək və müalicəyə necə yanaşmağınızı başa düşmək müalicənizdə uğur qazanmağınıza kömək edə bilər.
Maneələrin dəf edilməsi
İnsulin qəbul etmək istəməməyinizin bir çox səbəbləri var. Bunun həlli üçün aşağıdakı üsullara diqqət yetirin.
Bu, tip 1 diabetin zərurətidir. İnsulinin mümkün qədər effektiv olması üçün onu həkiminizin dediyi kimi qəbul etməlisiniz. Bəzən ona riayət edilməsi çətin ola bilər. Aşağıda sizin qarşılaşa biləcəyiniz ümumi problemlər və onların həlli yolları təqdim olunur.
“Dərmanın qəbulu həddindən artıq narahatdır”.
Diabetə qayğı planını gündəlik həyatınıza uyğunlaşdırmaqda çətinlik çəkirsiniz? İnsulin qəbulunu böyük bir yük kimi hiss edirsiniz? Həkimizlə danışın və lazım gələrsə diabetə qayğı planınıza dəyişiklik edin ki, o sizin həyat tərzinizə daha uyğun olsun.
“İnsulinin qəbul vaxtını yadda saxlamaqla bağlı çətinliklərim var”.
Dərman qəbulu cədvəliniz barədə həkiminizlə danışın. Sonra siz onu öz gündəlik planınıza əlavə edə bilərsiniz. Aşağıdakılar sizə dərman qəbulunu xatırlatmaq üçün faydalı ola bilər:
- Saatınızda, kompüterinizdə və ya telefonunuzda xatırladıcı zəng qurun.
- “Nə vaxt qəbul etməli” və “Nə vaxt qəbul etmisiniz” kimi tibbi gündəlik hazırlayın və ya hazır gündəlikdən istifadə edin.
“Mən insulin qəbul etməyi sevmirəm”.
Siz öz dərmanınızın faydasını dərk edəndə ona ehtiyacınız olduğunu qəbul etmək daha asan ola bilər. Bəzi insanlar dərman qəbul etmək fikrini bəyənməyə bilər. Lakin qanınızda şəkərin səviyyəsini nəzarətdə saxlamağınız sağlamlıqla bağlı digər problemlərin riskini azaltmağa kömək edəcək. Əgər insulin qəbul etməsəniz, nə baş verər? səhifəsinə nəzər salın.
Mən əlavə təsirlərdən qorxuram”.
İnsulin də daxil olmaqla bütün dərmanların əlavə təsirləri ola bilər və bəziləri hətta ciddi ola bilər. Hər bir insan bütün əlavə təsirlərlə üzləşmir. Diabet dərmanlarınızı qəbul edərkən özünüzü necə hiss etməyiniz barədə fikirlərinizi həkiminizlə bölüşün, çünki o, sizə düzgün məsləhətlər verə bilər.
İnsulini necə və nə vaxt qəbul etməkdə çaşqınlığım var”.
İnsulinizin qəbul vaxtı və dozaları üzrə cədvəl hazırlayın. Nə etməli və ya necə etməli olduğunuz sizə tam aydın olanadək həkiminizdən məsləhət alın.
“Mən düşünürəm ki, insulin qəbulu mənə kömək etmir”.
Mövcud müalicə planınızın sizə kömək etdiyini düşünmürsinizsə və ya qan şəkərinizin yaxşı nəzarət altında olmadığını düşünürsünüzsə, həkiminizlə danışın. Müalicə planınıza bəzi düzəlişlər etmək lazım ola bilər. Dərmanınızın sizə necə təsir etməyini yalnız həkiminiz müəyyənləşdirə bilər. Onunla məsləhətləşmədən insulin qəbulunu dayandırmayın.
-
Planlar yaxşıdır. Onlara riayət etmək isə daha da yaxşıdır.
Əgər siz diabetlə yaşayırsınızsa, ilk növbədə nə etməli olduğunuzu bilməlisiniz. Bu bölmədəki məsləhətlər sizə faydalı ola bilər.
Həkiminizlə birlikdə sizə uyğunlaşdırılmış müalicə planı tərtib edin.
Planınız sizə aşağıdakıları təmin edəcək:
- Hansı tip diabet əleyhinə dərman qəbul etmək;
- Nə qədər qəbul etmək;
- Nə vaxt qəbul etmək.
Planınız aşağıdakılara əsaslanacaq:
- Qanda şəkərin cari səviyyəsi;
- Qidalanma planı;
- Fiziki fəaliyyətiniz;
- Həyat tərziniz;
- Tibbi göstəriciləriniz.
Dərmana olan ehtiyacınız gün ərzində müxtəlif səbəblərdən dəyişə bilər. Məsələn:
- Yemək vaxtı sizə daha çox dərman tələb oluna bilər;
- Dərman tələbatınız məşq edərkən azala bilər.
- Diabet əleyhinə dərmanınızın dozasına hər hansı dəyişiklik etməzdən öncə həkiminizlə məsləhətləşin.
Tip 1 şəkərli diabet zamanı insulin müalicəsi

Diabet əleyhinə dərmanınızın dozasına hər hansı dəyişiklik etməzdən öncə həkiminizlə məsləhətləşin.
-
Diabet dərmanının qəbulu üçün faydalı məsləhətlər
Diabet dərmanlarınızı tam dəqiqliklə, həkim təyinatı üzrə qəbul etməlisiniz. Bu bəzən çətin və yorucu olmaqla yanaşı, gündəlik həyatınıza narahatçılıq qata bilər. Bu bölümdə müalicənizi fasiləsiz davam etməyin yolları və bir çox insanların üzləşdiyi problemlərin öhdəsindən necə gəlməkləri haqqında məlumat verəcəyik.
Dərmanınız barədə araşdırma aparın
Dərmanınızı düzgün şəkildə qəbul etmək üçün sizə lazım olan məlumatla tanış olun. Sualınız yarandıqda həkiminizdən soruşun. Dərmanınızın təlimat kağızında da bir çox informasiya var. Aşağıdakılara diqqət yetirin:
- dərmanın adı;
- qəbul dozası;
- dərmanı nə vaxt qəbul etməli;
- dərmanı yeməkdən əvvəl, yemək vaxtı və ya yeməkdən sonra qəbul etməli;
- dərmanın saxlama qaydası;
- dərmanın təsiri;
- sizdə əlavə təsirlər yaranarsa, nə etməli;
- dozanı unutmusunuzsa, nə etməli.
Sualınız varsa, həkiminizə müraciət edin, sizi narahat edən istənilən məsələni mütləq müzakirə edin.
Sizin diabetə qayğı komandanızın hər bir üzvünün adını və əlaqə məlumatlarını saxlayın. Bunlara aşağıdakılar daxil ola bilər:
- endokrinoloq;
- ailə həkimi;
- diabet təlimçisi;
- diyetoloq;
- ürək həkimi (kardioloq);
- ayaq həkimi (podoloq);
- göz həkimi (oftalmoloq və ya okulist);
- böyrək həkimi (nefroloq);
- diş həkimi;
- əczaçı;
- psixoloq.
Məlumatı etibarlı mənbədən aldığınıza əmin olun. Bəzi insanların diabet dərmanları – hətta insulin barədə fikirləri səhv və köhnə informasiyaya əsaslanır. Planınıza hər hansı dəyişiklik etməzdən öncə həkiminizdən məsləhət alın.
Yeni müalicənin başlanması üzrə faydalı məsləhətlər
Bəzən dərmanların dəyişdirilməsi və ya onlara əlavə edilməsi çətin ola bilər. Aşağıdakı bir neçə məsləhətlə tanış olun:
- Səbirli olun
İlk iki həftəni dərman qəbulunun “sınaq dövrü” kimi qəbul edin. Hər bir şəxs eyni dərmanın qəbuluna fərqli reaksiya verə bilər, yaxud inyeksiyalara vərdiş etmək bir qədər vaxt tələb edir. Diabetinizin qayğı planına dəyişiklər olunduqda da eyni narahatçılıqlar baş verə bilər. Yeni müalicənin necə təsir etdiyini bilməzdən əvvəl bədəninizin ona uyğunlaşması üçün bir qədər zaman tələb olunur. Yeni dərmanın qəbuluna vərdiş etmək üçün bir neçə dəfə cəhd edilməsi tələb oluna bilər. Amma ruhdan düşməyin! Bu vacibdir. - Həkiminizlə mütəmadi əlaqə saxlayın
Diabet dərmanı ilə bağlı rastlaşdığınız hər bir problem barədə həkiminizə dərhal məlumat verin. Qanda şəkərin hədəf səviyyəsini əldə etmək üçün dərman qəbulu üzrə planınıza dəyişiklik edilməsi lazım ola bilər.
Tip 1 şəkərli diabet zamanı insulin müalicəsi
Tip 1 şəkərli diabet zamanı orqanizmin immun sistemi mədəaltı vəzinin insulin ifraz edən hüceyrələrinə zədələyici təsirindən onların itirilməsinə gətirib çıxarır. Bunun nəticəsində qanda şəkərin miqdarını normal səviyyədə saxlamaq üçün kifayət qədər insulin ifraz olunmur. Bu bölümdə tip 1 diabet zamanı insulin müalicəsinin növlərinə və bu müalicələrin fizioloji (təbii) insulin ifrazına nə dərəcədə yaxın olmağını nəzərdən keçirəcəyik.
İnsulin müalicəsi nədir?
Tip 1 diabeti olan insanların yaşamaq üçün gündəlik insulin inyeksiyasına ehtiyacları var. İnsulin müalicəsinin məqsədi tip 1 diabetli insanları sağlam insanların təbii insulin ifrazına mümkün qədər yaxınlaşdırmaqdır. Bu, tip 1 diabeti olan insanlarda qanda şəkərin miqdarının daha yaxşı tənzimlənməsinə kömək edir. Sağlamlığınız və gələcəkdə baş verə biləcək fəsadların qarşısının alınması üçün bu çox vacibdir.
İnsulin müalicəsinin növləri
Tip 1 şəkərli diabet zamanı bir neçə növ insulin müalicəsi mövcuddur. Şəkərli diabetinizin müalicəsini öz fərdi tələbatınıza və həyat tərzinizə uyğunlaşdırmaq üçün mövcud müalicə variantlarını həkiminizlə müzakirə edin.
Bazal (uzun təsirli) insulin
Bazal insulin müalicəsinin rolu şəkərli diabeti olmayan insanlardakı kimi, bütün gün ərzində, o cümlədən yeməklərarası və yuxuda olan zaman qanda şəkərin səviyyəsini daim stabil saxlamaq üçün nəzərdə tutulan insulin miqdarını təmin etməkdir.
Bazal insulinin təbii (fizioloji) insulin kimi təsir etməsi vacibdir, çünki bədəndə həddən artıq və ya həddən az insulin müvafiq olaraq hipoqlikemiyaya (qanda şəkərin aşağı olması) və ya hiperqlikemiyaya (şəkərin yüksək olması) səbəb ola bilər.
Bolus (qısa təsirli) insulin
Yeməkdən sonra qanınızda şəkər sürətlə artır və tip1 diabetli pasiyentdə bu prosesi tənzimləmək üçün bazal insulin müalicəsi kifayət etmir. Bolus və ya qısa təsirli insulin müalicəsi yeməkdən sonra baş verə biləcək qanda şəkərin yüksəlməsini tənzimləmək məqsədi daşıyır. Qısa təsirli insulin müalicəsi diabeti olmayan insanlardakı təbii insulinə nə qədər yaxın olarsa, qanda şəkəri bir o qədər tez tənzimləyə bilər.
Yeməkdən sonra qan şəkərinin yüksəlməsi zamanı istifadə edilən insulin sürətlə və ya tez təsir edən insulin növüdür və siz onu qanda şəkər yüksəlmələrini idarə etmək üçün yeməkdən əvvəl vurursunuz. Qısa təsirli insulin uzun təsirli insulinlə birlikdə istifadə olunduqda “bazal-bolus insulin müalicəsi” adlandırılır.
Yeməkdən sonra baş verən yüksəlmələrin idarə edilməsi üçün müxtəlif insulin növləri mövcuddur. Son nəsil ultra qısa təsirli insulinlər təbii insulin ifrazına daha yaxın təsiretmə məqsədi daşıyır. Bunun nəticəsində diabeti olan insanlar tələb olunan qısa təsirli insulinin dozalanmasında, yemək vaxtlarının və qidaların seçimində daha sərbəst olurlar.
Premiks (qarışıq) insulinlər
İnsulin müalicəsinin digər bir növü premiks insulinlərdir. Bu insulinlər bir inyeksiyada iki insulin növünü birləşdirir: uzun təsirli və qısa təsirli insulinlər.
İnsulin müalicəsinin istifadə yolları
İnsulin dərialtı inyeksiya yolu və ya insulin pompası vasitəsi ilə yeridilir. İnsulin həb şəklində verilə bilmir, çünki həzm sistemi onu mədədə parçalayaraq təsir etməsinə mane olur.
-
İnsulin inyeksiyası
Bir çox insan insulin inyeksiyalarını insulin qələmləri vasitəsilə istifadə edirlər. Fərdi seçiminizdən və tələbatınızdan asılı olaraq insulin inyeksiyaları üçün geniş çeşidli qələm və iynələr mövcuddur. Onlar çox etibarlı və asan şəkildə istifadəyə uyğun dizayn ediliblər.
İnsulin qələmləri əvvəlcədən doldurulmuş və birdəfəlik yaxud təkrar doldurula bilən ola bilər. Onların bəziləri yaddaş funksiyasına malikdir və/ və ya onları idarə etmək üçün çox kiçik təzyiq tələb olunur ki, bu da onları bir çox istifadəçilər, o cümlədən 6 yaşdan yuxarı uşaqlar və yaşlı əhali üçün münasib edir.
Qələmlər, iynələr və inyeksiyalar
Bəzi insanlar insulinin vurulmasını sarsıdıcı və kifayət qədər çətin bir təcrübə hesab edirlər. Biz bu təlimatı hazırlamışıq ki, siz inyeksiyalarınızı daha rahat yerinə yetirə biləsiniz.
İnsulin vurulan nahiyələrin seçilməsi
İnyeksiyanı etmək üçün düzgün nahiyənin seçilməsi vacibdir. İnyeksiya nahiyələrinə bud, qarın, sarğı nahiyyəsi, yaxud qolun yuxarı arxa hissəsi daxildir.
Siz iynəni hər dəfə eyni nahiyəyə vurmamalısınız.
İnyeksiya nahiyələrinin növbəli qaydada dəyişdirilməsi (rotasiya edilməsi) iynə vurulan nahiyənin tez sağalmasına imkan verir və inyeksiyaları daha rahat və effektiv edir.
Rotasiya qaydası ondan ibarətdir ki, inyeksiya nahiyəsi iki və ya dörd yerə bölünür və hər həftə fərqli yarım hissə və ya dörddə bir hissə istifadə olunur:
Hər həftənin başlanğıcında sonuncu inyeksiya yerindən bir barmağın eni qədər saat əqrəbi istiqamətində yerdəyişmə edin.
Sizin üçün münasib olan inyeksiya nahiyələri və rotasiya qaydaları barədə həkiminiz və ya tibb bacısı ilə məsləhətləşin.
İynə təşvişi
Dəriyə iynə batırılması təşviş mənbəyi ola bilər. İnsulin vurulmasından danışarkən biz adətən immunizasiya üçün nəzərdə tutulan inyeksiyaları düşünürük, hansı ki daha uzun, böyük iynələrlə vurulur və əzələyə yeridilir.
Bilməyiniz vacibdir ki, insulin vurulması üçün istifadə olunan iynələr daha kiçik və incədirlər. Buna baxmayaraq, iynə vurulması ilə bağlı narahatlıq yenə də qala bilər. Aşağıda bunun öhdəsindən gəlmək üçün bir neçə tövsiyəl verilir.
Təşvişin səbəbləri
İynə vurarkən təşvişə düşməyinizin bir çox səbəbləri var. Buna aşağıdakılar aid ola bilər:
- İctimai yerlərdə və ya dostlarınızın yanında iynə vurmaq istəməməyiniz;
- İynələrin uğursuzluq və ya xəstəliyinizin ciddiliyi ilə əlaqələndirilməsi;
- Ağrı və ya zədə qorxusu;
- Konkret olaraq iynədən qorxma.
Təşvişinizi aradan qaldırmaq
Gün ərzində, özünüzü rahat hiss etmək üçün vaxt ayırın: Məsələn, dərindən nəfəs alın, meditasiyalar edin (CD-lər, kitablar və ya mobil tətbiqi proqramlar istifadə edərək). Siz həmçinin bu üsullardan birini insulin inyeksiyası zamanı istifadə edə bilərsiniz:
- Diqqətinizi yayındırın:
İynəni vurarkən onun təsirini azaltmaq üçün musiqiyə qulaq asmağa və ya sevdiyiniz insanlarla danışmağa çalışın. - Ətrafdakılarınızdan məsləhət alın:
Özü iynə vuran başqa pasiyentlərlə danışın və insulin iynəsini vurmağa başlayarkən onların ilk dəfə bunun öhdəsindən necə gəldiklərini soruşun. Əlavə məsləhət üçün həmçinin pasiyent cəmiyyətləri də ilə əlaqə saxlaya bilərsiniz. - Cəhd etməkdə davam edin:
Bütün üsullar hamı üçün yararlı olmaya bilər. Sizin üçün yararlı olanı tapın, inyeksiyalarla bağlı narahatçılığınızı aradan qaldırmaq üçün müxtəlif yolları sınamaqda davam edin, yaxud həkiminizə və ya tibb bacısına müraciət edin.
Yadda saxlayın, insulin vurulmasını rahat qəbul etmək vaxt tələb edir – özünüzü tələsdirməyin.
İnsulin inyeksiyalarını necə daha rahat etmək olar
Biz başa düşürük ki, iynə vurmaq asan deyil; heç kim hər gün iynə vurmaqdan zövq almır. Lakin bir neçə əsas amillərin dəyişdirilməsi inyeksiya prosedurunu daha rahat edə bilər:
- Dərinizin təmiz və quru olduğundan əmin olun. Əgər tibb müəssisəsində olmamısınızsa və adi sabunla əllərinizi yumusunuzsa, onda spirtdən istifadə etməyə ehtiyac yoxdur. Spirtdən istifadə etdiyiniz halda onun dəridən tam qurumasını gözləyin;
- İnsulini otaq temperaturunda istifadə edin. İnsulini vurmazdan kifayət qədər öncə soyuducudan çıxarmağı unutmayın;
- İnyeksiya nahiyəsini “keyləşdirin”. İnyeksiyadan əvvəl soyudulmuş qaşıq və ya parçaya bükülmüş buz, aptekdən alınan keyləşdirici kremin istifadə edilməsi, yaxud hətta baş barmağınızla inyeksiya nahiyəsinə bir neçə saniyə basma, inyeksiyanı daha az ağrılı edə bilər;
- Hər bir inyeksiya üçün yeni iynədən istifadə edin. İynənin təkrarən istifadəsi infeksiya riskini artırır, digər tərəfdən yeni iynələr daha itidir və daha az ağrıya səbəb olur;
- İnyeksiya nahiyəsində əzələləri boş saxlamağa çalışın;
- Toxumalarınızın zədələnməsinə yol verməmək üçün inyeksiya nahiyəsini tez-tez dəyişin.
-
İnyeksiya necə edilir?
İnsulinin vurulması üçün aşağıdakılar istifadə olunur:
Şprislər
- İnsulini və şprisi hazırlayın.
- Uzunmüddətli təsirə malik insulin (bulanıq) yaxşıca qarışdırılır (flakonu yuxarı və aşağı çevirməklə və ya ovucunuzda ən azı 10 dəfə yuvarlayaraq). Flakonu silkələmək olmaz.
- Yeridiləcək insulin vahidlərinə uyğun olaraq şprisə hava yığın (əgər 10 vahid insulin vurursunuzsa, onda 10 vahid də hava yığırsınız).
- Havanı şprisdən insulin flakonuna daxil edin.
- Lazım olan miqdarda insulini şprisə yığın. Şprisin iynəsini yuxarı çevirərək və şprisin korpusuna barmaqla döyəcləyərək hava qovuqcuqlarını xaric edin. Şprisdən hava və artıq insulini flakona buraxın.
- İynəni 45° dərəcə bucaq altında dəri qatına daxil edin.
- Dəri qatını tutub saxlayaraq insulini yeridin.
- Bir neçə saniyə (5 saniyəyədək) gözləyin və iynəni çıxardın.
- Dəri qatını buraxın.
- Əgər iynədən sonra insulin xaricə axırsa, iynə yerini barmaqla sıxmaq və ya növbəti dəfə daha uzun iynə istifadə etmək olar.
Şpris-qələmlər
- Lazımi miqdarda insulin vahidini müəyyən edin.
- İynəni 45° dərəcə bucaq altında (8-12 mm-lik iynə üçün) dəri qatına və ya dəriyə perpendikulyar şəkildə (5-6 mm-lik iynələr üçün) daxil edin.
- Dəri qatını tutub saxlayaraq insulini daxil edin.
- İnsulinin çölə axmasına yol verməmək üçün ən azı 15 saniyə gözləyin və sonra iynəni çıxardın.
- Dəri qatını buraxın.
-
Əgər insulin qəbul etməsəniz, nə baş verər?
Tip 1 diabeti olan pasiyent bir insulin dozasını ötürdüyü halda nə baş verə biləcəyini bilməlidir.
İnsanlar daim məşğuldur. Sizin və ya qulluq etdiyiniz şəxsin diabeti nə dərəcədə yaxşı idarə etməsindən asılı olmayaraq bəzi hallarda insulin dozası ötürülmüş və ya unudulmuş ola bilər. Bu halda dərhal təcili yardıma ehtiyac olmaya bilər. Lakin qanda şəkərin səviyyəsi artacaq, xüsusilə də bu tez-tez baş verirsə. İnsulin dozasının unudulduğu nə etməli olduğunuzu həkiminizlə danışmalısınız ki, bu hala hazır olasınız.
Qanda şəkərin səviyyəsi həddən artıq yüksək olduqda, siz:
- aclıq, çox susuzluq hiss edə
- yorğun və ya haldan düşmüş ola
- tez-tez sidiyə gedə
- bulanıq görə bilərsiniz.
Əgər insulin qəbulunu dayandırsam, nə baş verəcək?
Bəzi günlər siz inyeksiyaları ötürmək istəyəcəksiniz. İnsulinin ötürülməsi ciddi problemlərə səbəb ola blər.
Kifayət qədər insulin olmadıqda qanınızda şəkərin səviyyəsi qalxacaq. Qanda şəkərin yüksəlməsi (hiperqlikemiya) sizin özünüzü pis hiss etmənizə səbəb ola bilər. Bu, diabetik ketoaksidoz kimi kritik vəziyyətlərə gətirib çıxara bilər ki, bu halda da bədəniniz təhlükəli səviyyədə ketonlar yaradır. Ketonlar enerji üçün şəkərin əvəzinə bədəndəki yağlar istifadə olunduqda yaradılan təbii maddələrdir (çünki, diabetli insanlar qandakı şəkəri lazımınca idarə etmək üçün özləri kifayət qədər insulin yaratmır). Qanınızda ketonların həddən artıq miqdarda olması qanın tərkibində təhlükəli dəyişikliklərə səbəb ola bilər. İnsulin inyeksiyasının ötürülməsi digər uzunmüddətli sağlamlıq problemlərinin başvermə riskini artıra bilər.
Gələcəkdə yarana biləcək fəsad risklərinin azaldılması
Əgər qanda şəkərin səviyyəsi davamlı olaraq normal səviyyədən yüksək olarsa, bu diabetə aid bəzi problemlərin başvermə riskini artıra bilər. Ona görə də qanınızda şəkərin səviyyəsini həkimin tövsiyyə etdiyi səviyyədə saxlamaq vacibdir.
Həkiminiz planlı müayinələr zamanı bu problemlərin əlamətlərinin olub-olmadığını müəyyən edəcək. Aparılan analizlər – sidik və qan analizləri, göz və ayaqların müayinəsi – problemlərin vacib ilkin xəbərdarlıq əlamətlərini aşkarlaya bilər. Siz onları erkən mərhələdə aşkarlayıb müalicə edərək fəsadların qarşısını ala bilərsiniz.
Mən dərmanımı qəbul edirəm. Bəs növbəti addımlar?
Dərman sizin diabetə qayğı planınızın yalnız bir hissəsidir
Şəkərli diabetin müalicəsinə uyğunlaşmısınız? Siz dərmanınızı dəqiq həkiminizin dediyi kimi qəbul edirsiniz? Əla, bunu davam edin!
Lakin yadda saxlamalısınız ki, diabetin idarə edilməsi dərman qəbulundan daha geniş anlayışdır. Gəlin baxaq, diabetinizi daha yaxşı idarə etmək üçün daha nə edə bilərsiniz.
Diabetə qayğı komandanızı yaradın
Siz ola bilsin ki, artıq bu mərhələyə başlamısınız. Lakin yadda saxlayın ki, sizə bu yolda kömək edə biləcək bir çox müxtəlif ixtisaslı həkimlər mövcuddur. Onlar birlikdə sizin diabetə qayğı komandanızın bir hissəsini təşkil edirlər. Komandanıza aşağıdakı ixtisaslı həkimlər daxil ola bilər:
Mütləq bu həkimlərlə sıx əlaqədə olun, xüsusilə də öz müalicə həkiminizlə. Onlar sizə diabetlə bağlı hədəfinizə nail olmaq və onu nəzarətdə saxlamaq üçün fərdi qaydada diabetə qayğı planının hazırlanmasında kömək edəcəklər. Əgər siz hər bir komanda üzvünü harada tapmalı olduğunuzdan əmin deyilsinizsə, müalicə həkiminizdən kömək etməsini xahiş edin.
Düzgün qidalanın
Bu vacib məsələdir. Sağlam qidalanma sizə çəkinizi, qanda şəkərin səviyyəsini, qan təzyiqini, hətta əhval-ruhiyyənizi idarə etməyə kömək edir. Sizin üçün düzgün olan qida planını hazırlamaq üçün mütəxəssisə müraciət edin. Düzgün qida planına müxtəlif qruplardan ərzaqlar daxildir. Qida planına sevdiyiniz yeməkləri necə daxil edə biləcəyinizi mütləq soruşun ki, yediyiniz yeməkdən zövq ala biləsiniz.
Daha ətraflı məlumat üçün “Sağlam qidalanma üçün təlimatınız” broşurunu yükləyin.
Göz sağlamlığı
Şəkərli diabet gözlərinizə təsir edə bilər. Oftalmoloqa gözlərinizi müayinə etdirin. Oftalmoloq qandakı yüksək şəkərin gözlərinizdəki hər hansı qan damarlarının zədələdiyini müəyyən etmək üçün dərindən müayinə aparacaq. Bunu hər il və ya həkiminizin məsləhət gördüyü tezlikdə etdirin.
Ayaq sağlamlığı
Diabeti olan pasiyentlərdə ayaq problemləri yarana bilər. Hər gün ayaqlarınızı yoxlayın. Həkiminizin onları ildə bir dəfə və ya lazım gələrsə, daha tez-tez yoxlamasını təmin edin.
Daha ətraflı məlumat üçün “Ayağa qulluq qaydaları” broşurunu yükləyin.
Qanınızda şəkərin səviyyəsini izləyin
Həkiminiz qanda şəkərin səviyyəsinə nəzarət etməyinizi istəyə bilər. Bu sizə qanda şəkərin səviyyəsinin yuxarı və ya aşağı olduğunu, məşq və stresin, habelə dərmanın ona necə təsir etdiyini göstərəcək. Siz və həkiminiz qanda şəkərin səviyyəsini nə vaxt və hansı tezliklə yoxlamalı olduğunuz barədə qərar qəbul edəcəksiniz.
Daha ətraflı məlumat üçün “Diabeti izləmək və nəzarət etmək üçün təlimatınız” broşurunu yükləyin.
Ətrafdakılarınızdan dəstək alın.
Özünüzü stresdə və ya məyus hiss edirsiniz? Ailəniz və dostlarınız sizi dinləmək və kömək etməkdən məmnun ola bilərlər. Digər diabetli pasiyentlərlə əlaqə qurmağa çalışın. Onlar sizin nə hiss etdiyinizi daha yaxşı başa düşəcəklər və öz təcrübələrinə əsaslanaraq sizə faydalı məsləhətlər verə bilərlər. Yadda saxlayın ki, siz tək deyilsiniz!
Dərmanınızı yaxşı tanıyın.
Tip 1 diabetlə yaşamaq insulini tanımaq zərurəti yaradır.
İnsulin tip 1 diabeti olan insanların qəbul etdiyi əsas dərman növüdür. Tip 1 diabetdə mədəaltı vəzi (bədəndə təbii şəkildə insulin yaradan orqan) az insulin yaradır, yaxud ümumiyyətlə yaratmır. İnsulin qandakı şəkərin (qlükozanın) hüceyrələrə daşınmasına köməklik edir ki, burada da o, enerji mənbəyi olur. Kifayət qədər insulin olmadıqda qlükoza hüceyrələrinizə çatdırıla bilmir. Bu halda istifadəsiz qalan şəkər qan axınında toplanaraq bədəninizə ziyan vurur. Zaman keçdikcə bu, diabetlə əlaqədar sağlamlıq problemlərinə səbəb olur. Əgər tip 1 diabeti olan pasiyentlər müalicə olunmazsa, yüksək qan şəkəri onların sağlamlığı üçün ciddi fəsadlar yarada bilər.
Tip 1 diabetli insanlarda mədəaltı vəzi insulin yaratmadığı üçün onlar insulini aşağıda qeyd olunmuş vasitələrlə kənardan qəbul etməlidirlər:
- İnsulin qələmi;
- Flakon və şpris;
- İnsulin pompası;
- İnhalyator (yalnız yetkin insanlar üçün).
İnsulin istifadə edən insanların əksəriyyəti insulin qələmləri və ya adi flakon və şpris istifadə edir. Lakin insulin pompalarının istifadəsi də geniş yayılmağa başlayır.
Əgər sizdə tip 1 diabet varsa, sizə qandakı şəkərin səviyyəsinə nəzarət etmək üçün ildə 365 gün, həftədə 7 gün, gündə 24 saat insulin təminatı tələb olunacaq. Faktiki olaraq tip 1 diabetli insanlar ya gündəlik insulin inyeksiyaları etməli, ya da insulin pompası istifadə edərək daim insulin vurulmasını təmin etməlidirlər. Onlar həmçinin tez-tez qanda şəkərin səviyyəsini yoxlamaqla və ya QFM (qlükozanın fasiləsiz monitorinqi) cihazı istifadə etməklə qanda şəkərin səviyyəsinə nəzarət etməlidirlər. Qanda şəkərin səviyyəsinin bütün sutka ərzində yoxlanılması bunun ən yaxşı yoludur.
Qəbul edilən insulinin miqdarı qida və fiziki fəaliyyətlə balanslaşdırılmalıdır. Düzgün qida, fiziki fəaliyyət, müalicə və nəzarət diabeti yaxşı idarə etməyin əsas 4 təməlidir.
İnsulinin müxtəlif növləri mövcuddur
1980-ci ildə yaradılmış insulinin ilk nəsli “insan insulini” adlanır. O, əslində, laboratoriyada hazırlanır, lakin genetik olaraq bədənin yaratdığı insulinlə eynidir. 1990-cı ilin sonlarında insan insulinin analoqları hazırlanmışdı. İnsulin analoqları adi insan insulininə oxşardır, lakin daha sürətli və ya daha yavaş təsir etmək üçün uyğunlaşdırılmışdır. Bu uyğunlaşma onlara bədənin ifraz etdiyi insulinə daha yaxın olmaq imkanını verir.
Hər bir insulin analoqu növü fərqli təsir edir və aşağıdakı xüsusiyyətlərə malikdir:
- Spesifik təsirə başlama vaxtı (təsirin başlanğıcı);
- Qandakı şəkərə təsirin ən yüksək səviyyəsinə çatma vaxtı (pik təsirə çatma vaxtı);
- Bədəndə aktiv təsiretmə vaxtı (təsirin müddəti).
İnsulin analoqlarının 3 növü mövcuddur:
- Uzun müddət təsir edən.Bu tip tədricən təsir edir. O, yeməklərarası və yuxuda olduğunuz zaman qanda şəkərin səviyyəsinə nəzarət etmək üçün daha uzun müddət təsir edir. Uzun müddət təsir edən insulin hər gün eyni vaxtda olmaqla gündə bir və ya iki dəfə qəbul edilir və bununla bədəni sutka ərzində insulinlə təmin edir.
- Tez təsir edən.Bu tip yemək nəticəsində qanda şəkərin səviyyəsinin kəskin artmasına nəzarət etmək üçün bilavasitə yeməkdən qabaq qəbul edilir. Tez təsir edən insulin uzun müddət təsir edən insulinlə müqayisədə yemək zamanı bədənin yaratdığı insulini daha yaxın simulyasiya edir (oxşar təsir edir). O, yeməklərdən sonra qanda şəkər səviyyəsinin qalxmasının qarşısını almaq üçün tez təsir edir.
- Qabaqcadan qarışdırılan (premiks).Bu tip insulin tez və uzun müddət təsir edən insulinlərin 1 inyeksiyada qarışığıdır və adətən gündə 1-3 dəfə qəbul edilir.
Hər bir şəxsin insulinə olan ehtiyacı fərqlidir və bu ehtiyac zaman keçdikcə dəyişə bilər.
Amerika Diabet Assosiyasiyasının (ADA) tövsiyələrinə əsasən tip 1 diabetli insanların əksəriyyəti hipoqlikemiya (qanda şəkərin aşağı düşməsi) riskini azaltmaq üçün insulin analoqları istifadə etməlidirlər. Lakin bütün insulin növləri, o cümlədən analoqlar, qanda şəkəri normadan aşağı salmaq riski daşıyırlar.
Həkiminiz sizin üçün ən yaxşı olan insulini təyin edəcək.
Qəbul etdiyiniz bütün dərmanlar, hətta vitaminlər, bitki mənşəli müalicə vasitələri barədə həkiminizə məlumat verin, çünki bəzi dərmanların qarşılıqlı təsiri nəticəsində müalicə kifayət qədər effektiv olmaya bilər.
MÜALİCƏ BARƏDƏ MƏLUMATLI OLUN
Əlbəttə ki, diabetin müalicəsi üçün dərman qəbul etməyin vacib olduğunu bilirsiniz. Ancaq bunun nəyə görə vacib olduğunu bilmək və müalicəyə necə yanaşmağınızı başa düşmək müalicənizdə uğur qazanmağınıza kömək edə bilər.
Maneələrin dəf edilməsi
Dərmanınızı qəbul etmək istəməməyinizin bir çox səbəbləri var. Bunun həlli üçün aşağıdakı üsullara diqqət yetirin.
Bu, tip 2 diabetin zərurətidir. Dərmanınızın mümkün qədər effektiv olması üçün onu həkiminizin dediyi kimi qəbul etməlisiniz. Bəzən ona riayət edilməsi çətin ola bilər. Aşağıda sizin qarşılaşa biləcəyiniz ümumi problemlər və onların həlli yolları təqdim olunur.
“Dərmanın qəbulu həddindən artıq narahatdır.”
Diabetə qayğı planını gündəlik həyatınıza uyğunlaşdırmaqda çətinlik çəkirsiniz? İnsulin qəbulunu böyük bir yük kimi hiss edirsiniz? Həkimizlə danışın və lazım gələrsə diabetə qayğı planınıza dəyişiklik edin ki, o sizin həyat tərzinizə daha uyğun olsun.
“Dərmanımın qəbul vaxtını yadda saxlamaqla bağlı çətinliklərim var”.
Dərman qəbulu cədvəliniz barədə həkiminizlə danışın. Sonra siz onu öz gündəlik planınıza əlavə edə bilərsiniz. Aşağıdakılar sizə dərman qəbulunu xatırlatmaq üçün faydalı ola bilər:
Gündəlik dərmanlar aşağıdakı müntəzəm fəaliyyət növlərindən qabaq və ya sonra qəbul edilə bilər, məsələn:
- Dişlərin fırçalanması;
- Yeməyin hazırlanması;
- Ev heyvanlarının yedizdirilməsi və ya gəzdirilməsi.
Həftəlik dərmanlar aşağıdakı fəaliyyət növlərindən qabaq və ya sonra qəbul edilə bilər, məsələn:
- Paltar yuma;
- Həftəlik ərzaq bazarlığı;
- Sevimli həftəlik TV proqramına və ya seriala baxma.
Digər təkliflər:
- Saatınızda, kompüterinizdə və ya telefonunuzda xatırladıcı zəng qurun;
- Dərmanınızı həblərin saxlanılması ayrılmış üçün xüsusi qaba (həb orqanayzerinə) qoyun;
- “Nə vaxt qəbul etməli” və “Nə vaxt qəbul etmisiniz” kimi tibbi gündəlik hazırlayın və ya hazır gündəlikdən istifadə edin.
“Mən insulin qəbul etməyi sevmirəm”.
Siz öz dərmanınızın faydasını dərk edəndə ona ehtiyacınız olduğunu qəbul etmək daha asan ola bilər. Bəzi insanlar dərman qəbul etmək fikrini bəyənməyə bilər. Lakin qanınızda şəkərin səviyyəsini nəzarətdə saxlamağınız sağlamlıqla bağlı digər problemlərin riskini azaltmağa kömək edəcək.
Mən əlavə təsirlərdən qorxuram”.
Bütün dərmanların əlavə təsirləri ola bilər və bəziləri hətta ciddi ola bilər. Hər bir insan bütün əlavə təsirlərlə üzləşmir. Diabet dərmanlarınızı qəbul edərkən özünüzü necə hiss etməyiniz barədə həkiminizlə bölüşün, çünki o, sizə düzgün məsləhətlər verə bilər.
Dərmanımı necə və nə vaxt qəbul etməkdə çaşqınlığım var”.
Dərmanlarınızın qəbul vaxtı və dozaları üzrə cədvəl hazırlayın. Nə etməli və ya necə etməli olduğunuz sizə tam aydın olanadək həkiminizdən məsləhət alın.
“Mən düşünürəm ki, mənim diabet dərmanım mənə kömək etmir”.
Tip 2 diabetli pasiyentlər ilkin mərhələdə öz diabetlərini düzgün qidalanmaq və fiziki fəaliyyətlə bir müddət idarə edə bilərlər. Lakin tip 2 diabet vaxt keçdikcə dəyişir və həkiminiz qanınızda şəkərin səviyyəsini nizamlamaq üçün sizə əlavə olaraq dərman müalicəsi də təyin edə bilər. Dərmanınızın sizə necə təsir etməyini yalnız həkiminiz müəyyənləşdirə bilər. Onunla məsləhətləşmədən dərmanın qəbulunu dayandırmayın.
-
Planlar yaxşıdır. Onlara riayət etmək isə daha da yaxşıdır.
Əgər siz diabetlə yaşayırsınızsa, ilk növbədə nə etməli olduğunuzu bilməlisiniz. Bu bölmədəki məsləhətlər sizə faydalı ola bilər.
Həkiminizlə birlikdə sizə uyğunlaşdırılmış müalicə planı tərtib edin.
Planınız sizə aşağıdakıları təmin edəcək:
- Hansı tip diabet əleyhinə dərman qəbul etmək;
- Nə qədər qəbul etmək;
- Nə vaxt qəbul etmək.
Planınız aşağıdakılara əsaslanacaq:
- Qanda şəkərin cari səviyyəsi;
- Qidalanma planı;
- Fiziki fəaliyyətiniz;
- Həyat tərziniz;
- Tibbi göstəriciləriniz.
Dərmana olan ehtiyacınız gün ərzində müxtəlif səbəblərdən dəyişə bilər. Məsələn:
- Yemək vaxtı sizə daha çox dərman tələb oluna bilər;
- Dərman tələbatınız məşq edərkən azala bilər.
- Diabet əleyhinə dərmanınızın dozasına hər hansı dəyişiklik etməzdən öncə həkiminizlə məsləhətləşin.
Tip 1 şəkərli diabet zamanı insulin müalicəsi
- Hansı tip diabet əleyhinə dərman qəbul etmək;
- Nə qədər qəbul etmək;
- Nə vaxt qəbul etmək.
Planınız aşağıdakılara əsaslanacaq:
- Qanda şəkərin cari səviyyəsi;
- Qidalanma planı;
- Fiziki fəaliyyətiniz;
- Həyat tərziniz;
- Tibbi göstəriciləriniz.
Dərmana olan ehtiyacınız gün ərzində müxtəlif səbəblərdən dəyişə bilər. Məsələn:
- Yemək vaxtı sizə daha çox dərman tələb oluna bilər;
- Dərman tələbatınız məşq edərkən azala bilər.
Diabet əleyhinə dərmanınızın dozasına hər hansı dəyişiklik etməzdən öncə həkiminizlə məsləhətləşin.
-
Diabet dərmanının qəbulu üçün faydalı məsləhətlər
Diabet dərmanlarınızı tam dəqiqliklə, həkim təyinatı üzrə qəbul etməlisiniz. Bu bəzən çətin və yorucu olmaqla yanaşı, gündəlik həyatınıza narahatçılıq qata bilər. Bu bölümdə müalicənizi fasiləsiz davam etməyin yolları və bir çox insanların üzləşdiyi problemlərin öhdəsindən necə gəlməkləri haqqında məlumat verəcəyik.
Dərmanınız barədə araşdırma aparın
Dərmanınızı düzgün şəkildə qəbul etmək üçün sizə lazım olan məlumatla tanış olun. Sualınız yarandıqda həkiminizdən soruşun. Dərmanınızın təlimat kağızında da bir çox informasiya var. Aşağıdakılara diqqət yetirin:
- dərmanın adı;
- qəbul dozası;
- dərmanı nə vaxt qəbul etməli;
- dərmanı yeməkdən əvvəl, yemək vaxtı və ya yeməkdən sonra qəbul etməli;
- dərmanın saxlama qaydası;
- dərmanın təsiri;
- sizdə əlavə təsirlər yaranarsa, nə etməli;
- dozanı unutmusunuzsa, nə etməli.
Sualınız varsa, həkiminizə müraciət edin, sizi narahat edən istənilən məsələni mütləq müzakirə edin.
Sizin diabetə qayğı komandanızın hər bir üzvünün adını və əlaqə məlumatlarını saxlayın. Bunlara aşağıdakılar daxil ola bilər:
- endokrinoloq;
- ailə həkimi;
- diabet təlimçisi;
- diyetoloq;
- ürək həkimi (kardioloq);
- ayaq həkimi (podoloq);
- göz həkimi (oftalmoloq və ya okulist);
- böyrək həkimi (nefroloq);
- diş həkimi;
- əczaçı;
- psixoloq.
Məlumatı etibarlı mənbədən aldığınıza əmin olun. Bəzi insanların diabet dərmanları – hətta insulin barədə fikirləri səhv və köhnə informasiyaya əsaslanır. Planınıza hər hansı dəyişiklik etməzdən öncə həkiminizdən məsləhət alın.
Yeni müalicənin başlanması üzrə faydalı məsləhətlər
Bəzən dərmanların dəyişdirilməsi və ya onlara əlavə edilməsi çətin ola bilər. Aşağıdakı bir neçə məsləhətlə tanış olun:
- Səbirli olun
İlk iki həftəni dərman qəbulunun “sınaq dövrü” kimi qəbul edin. Hər bir şəxs eyni dərmanın qəbuluna fərqli reaksiya verə bilər, yaxud inyeksiyalara vərdiş etmək bir qədər vaxt tələb edir. Diabetinizin qayğı planına dəyişiklər olunduqda da eyni narahatçılıqlar baş verə bilər. Yeni müalicənin necə təsir etdiyini bilməzdən əvvəl bədəninizin ona uyğunlaşması üçün bir qədər zaman tələb olunur. Yeni dərmanın qəbuluna vərdiş etmək üçün bir neçə dəfə cəhd edilməsi tələb oluna bilər. Amma ruhdan düşməyin! Bu vacibdir. - Həkiminizlə mütəmadi əlaqə saxlayın
Diabet dərmanı ilə bağlı rastlaşdığınız hər bir problem barədə həkiminizə dərhal məlumat verin. Qanda şəkərin hədəf səviyyəsini əldə etmək üçün dərman qəbulu üzrə planınıza dəyişiklik edilməsi lazım ola bilər.
Tip 2 şəkərli diabet zamanı insulin müalicəsi
Tip 2 şəkərli diabeti olan insanların bəzilərində mədəaltı vəzi illər keçdikcə kifayət qədər insulin ifraz etmir. Bu zaman orqanizm tərəfindən qlükozanın mənimsənilməsinə kömək məqsədi ilə həkim sizə insulin müalicəsinə başlamağı tövsiyə edə bilər. Müxtəlif insulin müalicə növləri mövcuddur. Müalicə növü sizin fərdi tələbatınızdan və həyat tərzinizdən asılı olaraq həkim tərəfindən müəyyən edilir.
İnsulin növləri üç üsulla fərqləndirilir:
Müxtəlif insulin növlərinin mövcud olduğundan məlumatlı olmanız vacibdir. Tələbatınızdan asılı olaraq, həkiminiz sizə müalicəni bu və ya digər insulin növü ilə başlamağı tövsiyə edəcək. Bir müddət sonra, qanda şəkərin səviyyəsini mümkün qədər yaxşı idarə etmək məqsədi ilə müalicənizdə dəyişikliyə ehtiyac ola bilər.
Uzun təsirli insulin
İnsulin müalicəsinə başlayan insanların əksəriyyəti uzun təsirli insulinlə başlayırlar. Onlar adətən “bazal” və ya fon insulinləri adlanır. Uzun təsirli (bazal) insulinlər qısa təsirli insulinlərdən (bolus) fərqli olaraq daha uzun müddət ərzində qanınızda insulinin səviyyəsini davamlı şəkildə stabil saxlayırlar.
Uzun təsirli insulinlər bütün gün ərzində - o cümlədən yeməklər arası və yuxuda olduğunuz müddətdə - qandakı şəkərin səviyyəsini sabit saxlamaq funksiyasını daşıyır. Uzunmüddətli təsirlərinə görə, onlar adətən gündə bir və ya iki dəfə vurulur.
Yemək zamanı vurulan insulin (qısa təsirli)
Yemək yediyiniz zaman qandakı şəkər sürətlə artır. Bəzən, bu “sıçrayışları” idarə etmək üçün uzunmüddətli təsir edən insulin kifayət etmir və qanınızdakı şəkərin səviyyəsini nəzarətdə saxlamaq üçün sizə yemək zamanı vurulan insulin lazım ola bilər.
Yemək zamanı vurulan insulin sürətlə və ya tez təsir edən insulin növüdür və siz onu qanda şəkər sıçrayışlarını idarə etmək üçün yeməkdən qabaq vurursunuz. Qısa təsirli insulin uzunmüddətli təsir edən insulinlə birlikdə istifadə edildikdə “bazal-bolus insulin” müalicəsi adlandırılır.
Siz həkim nəzarəti altında qısa təsirli insulinlə müalicəyə bir inyeksiya ilə başlaya bilərsiniz (adətən əsas yeməyinizi qəbul etdiyiniz zaman) və əgər lazım olarsa, həkiminiz sizə qısa təsirli insulin inyeksiyalarının sayını artırmağı məsləhət görəcək.
İnsulin müalicəsinə başlamaq
Sizə təyin olunmuş insulindən asılı olmayaraq insulin müalicəsinə keçid sarsıdıcı görünə bilər. Siz inyeksiyalardan narahat ola, hətta onu şəxsi uğursuzluq kimi dəyərləndirə bilərsiniz. Bunlar kifayət qədər normal reaksiyalardır. Eyni zamanda yadda saxlamaq lazımdır ki, tip 2 şəkərli diabet proqressivdir və diabetinizə daha yaxşı nəzarət edən müalicəyə keçmək sağlamlığınız naminə əldə etdiyiniz bir uğurdur.
-
İnsulin inyeksiyası
Bir çox insan insulin inyeksiyalarını insulin qələmləri vasitəsilə istifadə edirlər. Fərdi seçiminizdən və tələbatınızdan asılı olaraq insulin inyeksiyaları üçün geniş çeşidli qələm və iynələr mövcuddur. Onlar çox etibarlı və asan şəkildə istifadəyə uyğun dizayn ediliblər.
İnsulin qələmləri əvvəlcədən doldurulmuş və birdəfəlik yaxud təkrar doldurula bilən ola bilər. Onların bəziləri yaddaş funksiyasına malikdir və/ və ya onları idarə etmək üçün çox kiçik təzyiq tələb olunur ki, bu da onları bir çox istifadəçilər, o cümlədən 6 yaşdan yuxarı uşaqlar və yaşlı əhali üçün münasib edir.
Qələmlər, iynələr və inyeksiyalar
Bəzi insanlar insulinin vurulmasını sarsıdıcı və kifayət qədər çətin bir təcrübə hesab edirlər. Biz bu təlimatı hazırlamışıq ki, siz inyeksiyalarınızı daha rahat yerinə yetirə biləsiniz.
İnsulin vurulan nahiyələrin seçilməsi
İnyeksiyanı etmək üçün düzgün nahiyənin seçilməsi vacibdir. İnyeksiya nahiyələrinə bud, qarın, sarğı nahiyyəsi, yaxud qolun yuxarı arxa hissəsi daxildir.
Siz iynəni hər dəfə eyni nahiyəyə vurmamalısınız.
İnyeksiya nahiyələrinin növbəli qaydada dəyişdirilməsi (rotasiya edilməsi) iynə vurulan nahiyənin tez sağalmasına imkan verir və inyeksiyaları daha rahat və effektiv edir.
Rotasiya qaydası ondan ibarətdir ki, inyeksiya nahiyəsi iki və ya dörd yerə bölünür və hər həftə fərqli yarım hissə və ya dörddə bir hissə istifadə olunur:
Hər həftənin başlanğıcında sonuncu inyeksiya yerindən bir barmağın eni qədər saat əqrəbi istiqamətində yerdəyişmə edin.
Sizin üçün münasib olan inyeksiya nahiyələri və rotasiya qaydaları barədə həkiminiz və ya tibb bacısı ilə məsləhətləşin.
İynə təşvişi
Dəriyə iynə batırılması təşviş mənbəyi ola bilər. İnsulin vurulmasından danışarkən biz adətən immunizasiya üçün nəzərdə tutulan inyeksiyaları düşünürük, hansı ki daha uzun, böyük iynələrlə vurulur və əzələyə yeridilir.
Bilməyiniz vacibdir ki, insulin vurulması üçün istifadə olunan iynələr daha kiçik və incədirlər. Buna baxmayaraq, iynə vurulması ilə bağlı narahatlıq yenə də qala bilər. Aşağıda bunun öhdəsindən gəlmək üçün bir neçə tövsiyəl verilir.
Təşvişin səbəbləri
İynə vurarkən təşvişə düşməyinizin bir çox səbəbləri var. Buna aşağıdakılar aid ola bilər:
- İctimai yerlərdə və ya dostlarınızın yanında iynə vurmaq istəməməyiniz;
- İynələrin uğursuzluq və ya xəstəliyinizin ciddiliyi ilə əlaqələndirilməsi;
- Ağrı və ya zədə qorxusu;
- Konkret olaraq iynədən qorxma.
Təşvişinizi aradan qaldırmaq
Gün ərzində, özünüzü rahat hiss etmək üçün vaxt ayırın: Məsələn, dərindən nəfəs alın, meditasiyalar edin (CD-lər, kitablar və ya mobil tətbiqi proqramlar istifadə edərək). Siz həmçinin bu üsullardan birini insulin inyeksiyası zamanı istifadə edə bilərsiniz:
- Diqqətinizi yayındırın:
İynəni vurarkən onun təsirini azaltmaq üçün musiqiyə qulaq asmağa və ya sevdiyiniz insanlarla danışmağa çalışın. - Ətrafdakılarınızdan məsləhət alın:
Özü iynə vuran başqa pasiyentlərlə danışın və insulin iynəsini vurmağa başlayarkən onların ilk dəfə bunun öhdəsindən necə gəldiklərini soruşun. Əlavə məsləhət üçün həmçinin pasiyent cəmiyyətləri də ilə əlaqə saxlaya bilərsiniz. - Cəhd etməkdə davam edin:
Bütün üsullar hamı üçün yararlı olmaya bilər. Sizin üçün yararlı olanı tapın, inyeksiyalarla bağlı narahatçılığınızı aradan qaldırmaq üçün müxtəlif yolları sınamaqda davam edin, yaxud həkiminizə və ya tibb bacısına müraciət edin.
Yadda saxlayın, insulin vurulmasını rahat qəbul etmək vaxt tələb edir – özünüzü tələsdirməyin.
İnsulin inyeksiyalarını necə daha rahat etmək olar
Biz başa düşürük ki, iynə vurmaq asan deyil; heç kim hər gün iynə vurmaqdan zövq almır. Lakin bir neçə əsas amillərin dəyişdirilməsi inyeksiya prosedurunu daha rahat edə bilər:
- Dərinizin təmiz və quru olduğundan əmin olun. Əgər tibb müəssisəsində olmamısınızsa və adi sabunla əllərinizi yumusunuzsa, onda spirtdən istifadə etməyə ehtiyac yoxdur. Spirtdən istifadə etdiyiniz halda onun dəridən tam qurumasını gözləyin;
- İnsulini otaq temperaturunda istifadə edin. İnsulini vurmazdan kifayət qədər öncə soyuducudan çıxarmağı unutmayın;
- İnyeksiya nahiyəsini “keyləşdirin”. İnyeksiyadan əvvəl soyudulmuş qaşıq və ya parçaya bükülmüş buz, aptekdən alınan keyləşdirici kremin istifadə edilməsi, yaxud hətta baş barmağınızla inyeksiya nahiyəsinə bir neçə saniyə basma, inyeksiyanı daha az ağrılı edə bilər;
- Hər bir inyeksiya üçün yeni iynədən istifadə edin. İynənin təkrarən istifadəsi infeksiya riskini artırır, digər tərəfdən yeni iynələr daha itidir və daha az ağrıya səbəb olur;
- İnyeksiya nahiyəsində əzələləri boş saxlamağa çalışın;
- Toxumalarınızın zədələnməsinə yol verməmək üçün inyeksiya nahiyəsini tez-tez dəyişin.
-
İnyeksiya necə edilir?
İnsulinin vurulması üçün aşağıdakılar istifadə olunur:
Şprislər
- İnsulini və şprisi hazırlayın.
- Uzunmüddətli təsirə malik insulin (bulanıq) yaxşıca qarışdırılır (flakonu yuxarı və aşağı çevirməklə və ya ovucunuzda ən azı 10 dəfə yuvarlayaraq). Flakonu silkələmək olmaz.
- Yeridiləcək insulin vahidlərinə uyğun olaraq şprisə hava yığın (əgər 10 vahid insulin vurursunuzsa, onda 10 vahid də hava yığırsınız).
- Havanı şprisdən insulin flakonuna daxil edin.
- Lazım olan miqdarda insulini şprisə yığın. Şprisin iynəsini yuxarı çevirərək və şprisin korpusuna barmaqla döyəcləyərək hava qovuqcuqlarını xaric edin. Şprisdən hava və artıq insulini flakona buraxın.
- İynəni 45° dərəcə bucaq altında dəri qatına daxil edin.
- Dəri qatını tutub saxlayaraq insulini yeridin.
- Bir neçə saniyə (5 saniyəyədək) gözləyin və iynəni çıxardın.
- Dəri qatını buraxın.
- Əgər iynədən sonra insulin xaricə axırsa, iynə yerini barmaqla sıxmaq və ya növbəti dəfə daha uzun iynə istifadə etmək olar.
Şpris-qələmlər
- Lazımi miqdarda insulin vahidini müəyyən edin.
- İynəni 45° dərəcə bucaq altında (8-12 mm-lik iynə üçün) dəri qatına və ya dəriyə perpendikulyar şəkildə (5-6 mm-lik iynələr üçün) daxil edin.
- Dəri qatını tutub saxlayaraq insulini daxil edin.
- İnsulinin çölə axmasına yol verməmək üçün ən azı 15 saniyə gözləyin və sonra iynəni çıxardın.
- Dəri qatını buraxın.
-
Tip 2 diabetin digər müalicələri
Əlbəttə siz bilirsiniz ki, şəkərli diabetin müalicəsində dərman qəbulu əhəmiyyətlidir. Lakin nəyə görə və necə qəbul edilməsi barədə məlumat sizin müalicənizdə faydalı ola bilər.
Bu qədər çox dərman seçimi var — Mən nəyi bilməliyəm?
Gəlin tip 2 şəkərli diabet üçün insulin və qeyri-insulin müalicələrinə daha yaxından nəzər salaq. Tip 2 şəkərli diabeti olan insanlar sağlam qida və fiziki aktivliklə (piyada gəzinti kimi) yanaşı, bir və ya daha artıq dərman preparatları istifadə etməli olur. Bu bölmədə şəkərli diabet dərmanlarının 2 sinfi haqqında məlumat verəcəyik: insulin və qeyri-insulin. Bunların hər ikisi qanda şəkərin səviyyəsini nəzarətdə saxlamağa kömək etmək üçün qəbul edilir. Şəkərli diabet üçün nəzərdə tutulan bəzi dərmanlar həb şəklində qəbul edilir, bəziləri isə inyeksiya vasitəsilə vurulur.
Həkiminiz ehtiyac olduğu halda sizin müalicə planınıza bir və ya daha çox dərman əlavə edə bilər. Bu “müalicənin intensivləşdirilməsi” adlanır.
Qeyri-insulin şəkərli diabet dərmanları
Həb şəklində (peroral) qəbul edilən antidiabetik dərmanlar
Onların bir çox növləri var və təsir mexanizmləri fərqlidir.
Metformin (biguanide)
İnsulinə dirəncliyin (davamlılığın) azaldılmasına və ya insulinə qarşı həssaslığın artırılmasına kömək edir və qlükozanın əmələ gəlməsinin qarşısını alır.
SGLT-2 inhibitorları
Sidik vasitəsilə bədəndən artıq şəkərin xaric edilməsində böyrəyə kömək edirlər.
DPP-4 inhibitorları
Bağırsaqlarda xüsusi GLP-1 hormonu ifraz olunur ki, bu qanda şəkərin azalmasında rol oynayır. DPP – 4 inhibitorları GLP-1 hormonunun parçalanmasının qarşısını almağa kömək edir və bu mexanizmlə qanda şəkərin miqdarını azaldır.
Tiazolidindionlar və ya TZDs
Qaraciyərin, əzələlərin və yağ hüceyrələrinin insulinə reaksiyasını yaxşılaşdırır, yəni daha çox miqdarda şəkər qanı tərk edərək əzələlərə və piy toxumasına (aid olduqları yerə) keçir.
Sulfonilsidik cövhəri preparatları
Mədəaltı vəzi tərəfindən daha çox insulin ifrazına kömək edir.
Həb şəklində (peroral) qəbul edilən antidiabetik dərmanların kombinasiyaları
Bu dərman növləri qanda şəkərin səviyyəsini müxtəlif yollarla aşağı saldığı halda bəzən birgə istifadə oluna bilər. Bu variantlar həkimlərə pasiyentlərin fərdi ehtiyaclarına uyğunlaşdırılmış müalicə planı təklif etmək imkanı verir.
GLP-1 reseptor aqonistləri
Həkiminiz həmçinin müalicənizin bir hissəsi kimi, sizə GLP-1 reseptor aqonisti (GLP-1) təyin edə bilər.
GLP-1 açıqlaması: qlükaqona bənzər peptid – 1. O, hüceyrələrinizdən təbii şəkildə ifraz olunan hormondur ki, bu da qanda şəkərin səviyyəsini normal saxlamaq üçün vacibdir. Əgər sizdə tip 2 diabet varsa, bədəniniz GLP-1-ə lazımi şəkildə reaksiya verməyə bilər.
GLP-1 qeyri-insulin dərmandır və bədəninizdə təbii GLP-1 hormonu kimi təsir göstərir. Təsir mexanizmi aşağıdakı kimidir:
- Yemək zamanı qaraciyərinizə məlumat ötürür ki, çox şəkər yaratmasın;
- Yemək yedikdən sonra mədəaltı vəziyə kömək edir ki, daha çox insulin ifraz etsin;
- Həzm prosesini ləngidir və beləliklə, qanda şəkərin səviyyəsinin yuxarı qalxmasının qarşısını alır.