Şəkərli diabet haqqında
Sizə tip 1 və ya tip 2 şəkərli diabet diaqnozu qoyulub? Siz bu vəziyyətdən narahatsınız və bundan sonra nə etməli olacağınızdan əmin deyilsiz? Ola bilsin ki, sizdə artıq şəkərli diabet var və diabetinizə daha yaxşı nəzarət etməklə bağlı məsləhətə ehtiyacınız var? Bu bölmədə tip 1 və tip 2 şəkərli diabet haqqında ümumi məlumat verilir və bunlardan hər birinin sizin fiziki sağlamlığınıza və əhvali-ruhiyyənizə necə təsir edə biləcəyi təsvir olunur.
Şəkərli diabet barədə faktlar
Şəkərli diabeti olan insanların sayı 1980-ci ildən etibarən demək olar ki, dörd dəfə artıb. Diabetin geniş yayılması bütün dünyada, xüsusilə əhalisinin gəliri aşağı və orta olan ölkələrdə artmaqdadır. Səbəblər müxtəlifdir, lakin artımın əsas səbəbi artıq çəki və piylənmə olan insanların sayının artması, həmçinin fiziki aktivliyin az olmasıdır.
Şəkərli diabeti bir çox fəsadlara gətirib çıxara və vaxtından əvvəl ölüm riskinin artması ilə nəticələnə bilər. 2019-cu ildə şəkərli diabet və onun fəsadları bütün dünyada 4,2 milyon insanın ölümünün bilavasitə səbəbi olmuşdur1.
Beynəlxalq Diabet Federasiyası (İDF) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyəsi ilə hər il 14 noyabr Ümumdünya diabet günü kimi qeyd olunur. Ümumdünya diabet gününün məqsədi diabetlə bağlı vacib məsələlər barədə məlumatlılığın artırılması və diabeti diqqət mərkəzində saxlamaqdır. 2016-cı ilin aprel ayında Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) şəkərli diabet üzrə Qlobal hesabat dərc etdirmişdir. Hesabatda diabet ilə yaşayan insanlara qayğının keyfiyyətinin yüksəldilməsi və və tip 2 diabetin risk faktorlarınının azaldılması üçün tədbirlər görülməsinə çağırış edilir.
Diabetin artım tempinin və onun fəsadlarının qarşısı sağlam qidalanma, müntəzəm fiziki aktivlik, bədən çəkisinin normada saxlanması və siqaret çəkməkdən imtina yolu ilə alına bilər.
-
Fakt 1: Dünyada təxminən 537 milyon insan şəkərli diabet ilə yaşayır1.
Şəkərli diabetin geniş yayılması son 3 onillikdə sabit şəkildə artmaqdadır; bununla eyni zamanda artıq çəki və piylənmə olan insanların da sayının paralel olaraq artdığı müşahidə olunur. 2045-ci ilə qədər diabeti olan insanların sayının 700 milyona çatacağı proqnoz edilir1.
1. IDF Diabetes Atlas | 10th edition
-
Fakt 2: Şəkərli diabet dünyada ölümün ən aparıcı səbəblərindən biridir.
2021-ci ildə şəkərli diabet və onun fəsadları dünyada 6.7 milyon insanın ölümünün birbaşa səbəbi olmuşdur1. Bu təxminən hər hər 5 saniyədədə 1 ölüm deməkdir1.
1. IDF Diabetes Atlas | 10th edition
-
Fakt 3: Şəkərli diabetin 2 əsas növü var.
Tip 1 şəkərli diabeti olan pasiyentlərdə orqanizmin immun sistemi mədəaltı vəzidə insulin yaradan hüceyrələri hədəf götürür. Bunun nəticəsində qanda şəkərin miqdarını normal səviyyədə saxlamaq üçün kifayət qədər insulin olmur. Tip 2 diabet zamanı isə orqanizmin hüceyrələri insulinə tələb olunan reaksiyanı verə bilmir. Tip 2 diabetin sonrakı mərhələlərində bədən də kifayət qədər insulin istehsal etməyə bilər.
Tip 2 diabetin qarşısı alına bildiyi halda, tip 1 diabetin yaranma səbəbləri naməlum qalır və indiyədək qarşısının alınması mümkün olmamışdır.
-
Fakt 4. Şəkərli diabetin üçüncü növü hamiləliklə bağlı diabetdir (Hestasion).
Gestasyon diabet hiperqlikemiya, qanda şəkərin yüksəlməsi (normaldan yuxarı, lakin şəkərli diabet diaqnozu qoymaq üçün aşağı) ilə xarakterizə olunur. Gestasyon diabeti olan qadınlarda hamiləlik və doğuş zamanı fəsadlarla üzləşmək riski olur. Bu qadınlar və onların uşaqlarında gələcəkdə tip 2 diabet yaranma riski yüksək olur.
Hestasion diabet barədə daha ətraflı məlumat üçün, zəhmət olmasa bu linkə daxil olun.
-
Fakt 5: Tip 2 şəkərli diabet tip 1 şəkərli diabetdən daha çox yayılmışdır.
Tip 2 şəkərli diabet bütün dünyada diabet hallarının əksəriyyətini təşkil edir. Uşaqlarda tip 2 diabetin yaranması bütün dünyada artmaqdadır, baxmayaraq ki əvvəllər bu nadir hallarda baş verərdi.
-
Fakt 6: Şəkərli diabeti olan insanlar şəkərli diabeti daha yaxşı idarə etməklə gələcəkdə fəsadların yaranma riskinin qarşısı ala bilərlər.
Diabet orqanizminizdə fəsadlara səbəb ola bilər. Lakin diabetin orqanizmə vurduğu zərərin bir çox əlamətləri illərlə özünü biruzə verməyə bilər. Hətta əlamətlər o qədər kiçik ola bilər ki, siz onlara diqqət yetirməyə bilərsiniz. Məhz bu səbəbdən gələcəkdəki problemləri izləmək və onları azaltmaq üçün nələri edə biləcəyinizi bilmək çox vacibdir.
Sağlam həyat tərzi vərdişləri hər kəs üçün vacib olsa da, şəkərli diabetlə yaşayarkən bunun xüsusilə faydalı olduğunu görə bilərsiniz.
Şəkərli diabetlə yaşayarkən diabetin idarə ediliməsinin 4 təməl daşını unutmamaq çox vacibdir:
-
Fakt 7: Erkən diaqnoz və müdaxilə vacibdir.
İnsan diaqnoz qoyulmamış və müalicə olunmamış şəkərli diabetlə nə qədər çox yaşamış olarsa, onun sağlamlıq vəziyyətinin o qədər pis olacağı ehtimal olunur. Qanda qlükozanın ölçülməsi kimi əsas metodlar ilkin səhiyyə müəssisələrində asanlıqla əlçatan olmalıdır.
-
Fakt 8. Şəkərli diabet ürək-damar xəstəliklərinin əsas səbəblərindən biridir.
Diabet və qanda yüksək qlükoza ürək-damar xəstəlikləri riskini təqribən 2 dəfə artırır.
-
Fakt 9: Tip 2 şəkərli diabetin qarşısı alına bilər.
Əksər günlərdə 30 dəqiqəlik orta intensivlikdə fiziki fəaliyyət və sağlam qidalanma tip 2 şəkərli diabetin yaranma riskini xeyli azalda bilər.
Tip 1 şəkərli diabet
Tip 1 şəkərli diabet xroniki xəstəlikdir. Bu xəstəlik zamanı qidadan alınan qlükozanın enerjiyə çevrilməsi pozulur. Gündəlik insulin vurulmadan tip 1 diabetlə yaşayan insanlar yaşaya bilməz.
Tip 1 şəkərli diabetin simptomları nədir?
Əksər hallarda tip 1 şəkərli diabet həyatın erkən vaxtlarında yaranır və diaqnozu adətən uşaqlıq dövründə qoyulur.
Tip 1 şəkərli diabetin əlamətlərinə aiddir:
- Həddən artıq sidiyə getmək - bədəniniz artıq qlükozanı xaric edir;
- Həddən artıq susuzluq - sidiyə getməyin nəticəsində;
- Əzələlərdə spazmalar - mayenin itirilməsi qandakı elektrolitlərdə disbalans yaradır;
- Çəkinin sürətlə itirilməsi – hüceyrələr qlükozanı mənimsəyə bilmədikdə bədən yağı enerji üçün istifadə edir;
- Yorğunluq – qlükozadan alınan enerji bədənin hüceyrələrinə çata bilmir;
- Ağız boşluğunun və cinsi orqanların göbələk infeksiyaları – sidikdəki qlükoza göbələk və bakteriyaların çoxalması üçün şərait yaradır;
- Bulanıq görmə - gözün mayesində qlükoza səviyyəsinin yüksək olma səbəbi;
- Şirin və ya meyvə qoxusunu xatırladan nəfəs – bədən qeyri-qlükoza enerji mənbələrini istifadə edərkən turşuların əmələ gəlməsi.
Əgər sizdə və ya sizə yaxın olan insanda bu simptomlardan hər hansı biri varsa, dərhal tibbi yardım üçün müraciət edin.
Tip 1 şəkərli diabetin yaranma səbəbi nədir?
Tip 1 diabet immun sisteminin insulini (qlükozanı enerjiyə çevirməyə kömək edən hormon) yaradan mədəaltı vəzə hücum etməsi ilə başlayır. Mədəaltı vəzidə insulin yaradıcı hüceyrələrin sayı məhv edilib azaldıqda bədən qan şəkərinin miqdarını artıq idarə edə bilmir və tip 1 diabetin simptomları meydana gəlməyə başlayır.
Tip 1 şəkərli diabetin yaranmasında genetik və ətraf mühit amillərinin rol oynadığı ehtimal olunur.
Tip 1 diabetin diaqnozu
Əgər sizdə tip 1 şəkərli diabetin əlamətləri varsa, həkiminiz diaqnoz qoymaq üçün sizdən qan və sidik analizi götürə bilər. Bunu etməyin bir neçə yolu var. İlkin test qanda şəkərin müəyyən edilməsi üçün sadə test ola bilər. Əgər testlərinizin nəticəsi normadan artıq olarsa və sizdə ümumi simptomlar varsa, sizə tip 1 şəkərli diabet diaqnozu qoyula bilər.
Əgər sizdə ümumi simptomlar yoxdursa, lakin qanınızda və sidikdə şəkərin miqdarı yüksəkdirsə, HbA1c səviyyələrini ölçmək üçün əlavə qan testi götürülə bilər. HbA1c 3 ay ərzində sizin qanınızda şəkərin nəcə idarə olunduğunun ölçüsünü göstərir. O, sizin qanınızda şəkərin miqdarının nə dərəcədə yüksək, aşağı və ya orta səviyyədə olduğu barədə yaxşı məlumat verir. Bu diaqramda normal və şəkərli diabet göstəriciləri barədə məlumat verilir:
İnsulin, qanda şəkər və onların bədəninizə təsiri barədə daha çox öyrənin.
Tip 1 diabetlə həyat tərzi
Tip 1 diabet tez bir zamanda və hər hansı aydın xəbərdarlıq əlamətləri olmadan yarana bildiyinə görə onun diaqnozunun qoyulması çox təəccüblü ola bilər.
Siz vəziyyəti nəzarətə alaraq tip 1 şəkərli diabet, müalicə variantları və onun sizin gündəlik həyatınıza necə təsir edə biləcəyi barədə mümkün qədər çox məlumat əldə etməlisiniz. Daha çox informasiya və məsləhət almaq üçün həkiminizlə danışın və digər resursları nəzərdən keçirin. Nə qədər çox bilsəniz, qarşınıza çıxan problemləri həll etmək üçün o qədər də hazırlıqlı olacaqsınız.
Qanda şəkərin səviyyələrini yaxşı idarə etməklə və ümumiyyətlə sağlam həyat tərzi ilə tip 1 şəkərli diabetli insanların əksəriyyəti uzun və fəal həyat yaşaya bilərlər.
Tip 2 şəkərli diabet
Tip 2 şəkərli diabet bədəniniz kifayət qədər insulin (qanda qlükozanın miqdarına nəzarət edən hormon) yarada bilməyəndə və insulin yarandıqda onu səmərəli istifadə edə bilməyəndə meydana gələn xroniki haldır. Bu zaman insulinə dirənc baş verir və bu hal aylar və ya hətta illər ərzində meydana gəlir.
Tip 2 şəkərli diabetin simptomları nədir?
Tip 2 şəkərli diabet tədricən yaranır, ona görə də siz hətta xəstəlik aşkar olunanadək onun simptomlarını hiss etməyə bilərsiniz. Bu təhlükəlidir, çünki qandakı şəkərin səviyyələri artıq sizin bədəninizə ziyan vurmaqda ola bilər.
Bəzi əlamətlər aşağıdakılardır:
- Həddən artıq sidiyə getmək - bədəniniz artıq qlükozanı xaric edir;
- Həddən artıq susuzluq - sidiyə getməyin nəticəsində;
- Yorğunluq – qlükozadan alınan enerji bədənin hüceyrələrinə çata bilmir;
- Ağız boşluğunun və cinsi orqanların göbələk infeksiyaları – sidikdəki qlükoza göbələk və bakteriyaların çoxalması üçün şərait yaradır;
- Bulanıq görmə - gözün mayesində qlükoza səviyyəsinin yüksək olma səbəbi;
- Çəkinin itirilməsi – hüceyrələr qlükozanı mənimsəyə bilmədikdə bədən enerji üçün piy toxumasından istifadə edir.
Tip 2 şəkərli diabetin səbəbi nədir?
Tip 2 diabetin səbəbləri tam aydın deyil, lakin o artıq çəki və ya piylənmə, habelə ailənin tarixi və etnik kökləri ilə bağlıdır. Genlər burada rol oynayır, amma sizin həyat tərzi seçiminiz də çox vacibdir. Sağlam qidalanma və müntəzəm məşqlər sizdə tip 2 diabet yaranma ehtimalını azaldacaq.
Şəkərli diabet riskinin qiymətləndirilməsi
Tip 2 şəkərli diabeti olanların təxminən 50%-i bundan xəbərsizdir və bunun nəticəsində sağlamlığa ciddi fəsadlar törədilmə riski daşıyırlar. Orta yaşlı və ya daha yaşlı olmaq, artıq çəki və ya ailədə nə vaxtsa tip 2 şəkərli diabet olması sizdə diabet yaranma riskini artırır. Riskinizi bilməyiniz və erkən müayinə etməyiniz daha uzun və sağlam həyat sürməyiniz üçün ata biləcəyiniz sadə addımlardır.
Tip 2 diabetin diaqnozu
Əgər sizdə tip 2 diabet olduğundan şübhələnirsinizsə, həkimə müraciət edin.
Tip 2 diabetin diaqnozunun qoyulması üçün yerinə yetirməli olacağınız bir neçə testlər var. İlkin test acqarına (8 saat heç nə yeməməli və içməməli) qanda şəkəri təyin etmək üçün olan testdir. HbA1c testi də aparıla bilər. Bu son iki və ya üç ay ərzində qanınızdakı orta şəkər səviyyələrini ölçəcək.
Əgər qanınızda şəkərin səviyyələri normadan yuxarıdırsa, lakin tip 2 şəkərli diabetin olduğu təsdiq edilmirsə, qlükozaya dözümlülük testi aparılmalıdır. Acqarına qanda şəkərin səviyyələri ölçüləcək, bundan sonra siz şəkərli içki qəbul edəcəksiniz və iki saat sonra qanda şəkərin səviyyələri təkrarən ölçüləcək.
Tip 2 diabetin diaqnozunun qoyulması üçün yerinə yetirməli olacağınız bir neçə testlər var. İlkin test acqarına (8 saat heç nə yeməməli və içməməli) qanda şəkəri təyin etmək üçün olan testdir. HbA1c testi də aparıla bilər. Bu son iki və ya üç ay ərzində qanınızdakı orta şəkər səviyyələrini ölçəcək.
İnsulin, qanda şəkər və onların bədəninizə təsiri barədə daha çox öyrənin.
Tip 2 şəkərli diabetlə həyat tərzi
Erkən diaqnoz qoyulduqda tip 2 şəkərli diabet düzgün qidalanma və məşqlərlə idarə oluna bilər. Əgər bunlar qanda şəkərin səviyyələrini idarə etmək üçün kifayət etməzsə, həkiminiz sizə dərman və ya insulin müalicəsi təyin edə bilər.
Düzgün qidalanma vərdişi, fiziki aktivlik və qanda şəkər səviyyələrinə nəzarət və müxtəlif vəziyyətlərə uyğunlaşmaq bacarığınız sizə ciddi sağlamlıq problemlərindən uzaq olmağa kömək edəcək. Buna görə də diaqnoz qoyulduqdan sonra diabet və onun idarə edilməsi ilə bağlı mümkün qədər çox məlumat əldə etməlisiniz.